Aug 19, 2019 17:33 Asia/Baku
  • ABŞ konqresinin iki müsəlman üzvü sionist rejimin hərəkətinə reaksiya verib
    ABŞ konqresinin iki müsəlman üzvü sionist rejimin hərəkətinə reaksiya verib

ABŞ konqresinin iki müsəlman üzvü onların işğal olunmuş Fələstinə daxil olmalarının əngəllənməsinə reaksiyada açıqcasına bildiriblər ki, inşaallah, Fələstin yaxın gələcəkdə azad olsun.

İlhan Ömər və Rəşidə Talib ABŞ konqresinin iki müsəlman üzvüdür. Son zamanlar onların işğal olunmuş Fələstinə daxil olmaları əngəllənib və onlar sosial şəbəkələrdə sionist rejim himayədarlarının hiddəti ilə üzləşiblər.

Fələstin əslliyinə malik Talib İordan çayının qərb sahilində onu və Öməri qarşılamaq üçün hazırlanmış plakatlara işarə edərək, yazıb: "Bir gün mən və İlhan Ömər Beyt-Ləhmdə olacağıq və inşaallah, həmin gün Fələstin azad edilmiş olsun. #Fələstini azad edin!"

Ömər də Talibə cavab olaraq yazıbdır: Çox tez olacaq, bir gün.

ABŞ konqresinin nümayəndələr palatasının bu iki demokrat üzvü Amerika prezidenti Donald Trampın sərt tənqidçilərindən hesab olunur. Bu iki nəfər bu həftə işğal olunmuş Fələstinə səfər etməli idi, amma Tramp sionist rejimdən istədi ki, bu iki nəfərə viza verməsin.

Sionist rejimin baş naziri Benyamin Netanyahu da Talib və Öməri bu rejimin boykot edilməsi hərəkatına dəstək verməkdə ittiham edərək, bildirib ki, bu iki nəfərin işğal olunmuş Fələstinə daxil olmaq haqqı yoxdur.

Sionist rejimin boykot edilməsi hərəkatı məzlum Fələstin xalqına dəstək məqsədilə bütün dünyada beynəlxalq müəssisələr, şirkətlər və universitetləri sionist rejimi və bu rejimin işğalçılığı ilə bağlı təşkilatları boykot etməyə təşviq edir və bütün dünyada genişlənməkdədir.

Teqlər

Şərhlər