Sen 17, 2019 13:13 Asia/Baku
  • 600 min rohincalı müsəlman Myanma tərəfindən soyqırımına məruz qalıb
    600 min rohincalı müsəlman Myanma tərəfindən soyqırımına məruz qalıb

BMT müfəttişləri vurğulaıblar ki, Myanmada qalmış 600 min rohincalı müsəlman hələ də soyqırımı kimi ciddi təhlükə ilə üzləşir.

BMT müfəttişləri bir hesabatda bildiriblər ki, Myanma ordusu Rohinca müsəlmanlarına qarşı soyqırımı hücumlarını davam etdirir və onlar ciddi soyqırımı təhlükəsinə məruz qalırlar.

BMT müfəttişləri bu hesabatda qeyd ediblər ki, hazırkı şəraitlə bundan öncə Myanma ordusu tərəfindən yatırılmış və bu ölkədən çıxmış bir milyon rohincalı müsəlmanın qayıdışı mümkünsüzdür.

BMT müfəttişləri bundan öncə Myanma ordusunun 2017-ci ildə Rohinca müsəlmanlarına qarşı əməliyyatını "soyqırımı" adlandırmış və bu ölkə ordusunun mühüm generalları üçün məhkəmə təqibi istəmişdilər.

2017-ci il avqustun 25-dən Myanma ordusu ilə ifratçı buddistlərin Arakan əyalətində rohincalı müsəlmanlara qarşı hücumlarında 6 mindən çox rohincalı müsəlman öldürülüb, 8 min nəfər yaralanıb və təqribən bir milyon nəfər də Banqladeşə didərgin düşübdür.

Teqlər

Şərhlər