Oct 16, 2019 12:09 Asia/Baku
  • Çin Honq Konqun işlərinə qarışması barədə ABŞ-a xəbərdarlıq edib
    Çin Honq Konqun işlərinə qarışması barədə ABŞ-a xəbərdarlıq edib

Çin kəskin bir etirazda ABŞ-ın üzdəniraq "insan hüquqları və demokratiya" adlı qanun layihəsi qəbul etmək yolu ilə Honq Konqun işlərinə qarışması barədə xəbərdarlıq edib.

Çin hökumət şurasında Honq-Konq və Makao məsələləri üzrə ofisin sözçüsü Yan Quan bu gün Pekində keçirdiyi mətbuat konfransında deyib: Bu layihənin Amerika tərəfindən qəbul olunması bu bölgədəki etirazçıları təhrik və təşviq etmək, həmçinin Çinin daxili işlərinə müdaxilə istiqamətində həyasızcasına bir hərəkətdir.

Quan əlavə edib: Əgər bu layihə qanuna çevrilərsə Pekin-Vaşinqton münasibətlərini zəiflədəcək və Amerikanın maraqlarına da zərər vuracaqdır.

Bu çinli rəsmi bildirib ki, həmin layihənin qəbul olunması Amerikanın yanlış və ikili siyasətlərindən və bu ölkənin bəzi rəsmilərinin insan hüquqları və demokratiya riyakarlığından söz açır.

ABŞ konqresinin nümayəndələr palatası oktyabrın on beşində "2019-cu ildə Honq-Konqda insan hüquqları və demokratiya" adlı qanun layihəsini qəbul etdi.

Teqlər

Şərhlər