Nov 14, 2019 13:11 Asia/Baku
  • Yeni yaranmış iqtisadiyyatlar vəziyyəti yaxşılaşdırmağa çalışırlar
    Yeni yaranmış iqtisadiyyatlar vəziyyəti yaxşılaşdırmağa çalışırlar

BRİKS qrupuna üzv ölkələrin başçılarının sammiti yeni yaranmış güclər arasında iqtisadi inteqrasiyaya təkid edib.

Yeni yaranmış iqtisadiyyatlar kimi BRİKS qrupuna üzv ölkələrin sammiti Braziliyanın paytaxtı Braziliya şəhərində keçirilməkdədir. Sammit iştirakçıları dünyanın mühüm iqtisadi və ticari məsələləri barədə öz baxışlarını şərh ediblər.

Rusiya prezidenti Vladimir Putin deyib: Bizim üzləşdiyimiz ikili durğunluğa görə, hökumətlərin himayə yanaşmalarının güclənməsinin şahidiyik, amma BRİKS-ə üzv ölkələr çalışmalıdırlar ki, bu məsələlərin təsiri altına düşməsinlər. Biz öz xalqımızın həyat şəraitini yaxşılaşdırmağa çalışmalıyıq.

Çin prezidenti Si Tsinpin isə deyib: Dünya iqtisadiyyatları problemlərlə üzləşirlər və biznes sahələri hər bir digər sektordan daha çox bu problemləri hiss edirlər. Mən ümid edirəm ki, siz təcrübələr və həmkarlıqdan istifadə ilə artıq zərər çəkmiş bizim iqtisadiyyatların bəzi sektorlarını aşkar və problemlərin aradan qaldırılması üçün real həll yolları təqdim edə biləcəksiniz.

Hindistanın baş naziri Narenda Mudi də söyləyib: Dünya iqtisadiyyatındakı böyük ölkələr hazırda mürəkkəb problemlərlə üzləşirlər. Mən əminəm ki, BRİKS-ə üzv ölkələr bu problemləri aradan götürə biləcəklər.

Braziliya prezidenti Jair Bolsonaru isə belə deyib: Mən burada müxtəlif biznes sahiblərinin iştirakının şahidiyəm. Onlar müxtəlif sahələrə maraq göstərirlər və BRİKS-ə üzv ölkələr arasındsa investiyalar da artacaqdır.

 

 

 

Şərhlər