Yan 17, 2020 08:56 Asia/Baku
  • Senatda Trampın impiçment prosesi rəsmən başlanıb
    Senatda Trampın impiçment prosesi rəsmən başlanıb

ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin sədri Adam Şiff rəsmən Trampın impiçment işini senata təqdim edib.

İmpiçment məhkəməsi prokurorları qrupuna sədrlik edən Şiff senatda olaraq, Donald Trampa qarşı irəli sürülən ittihamları qiraət edib.

ABŞ senatı cüməaxşamıgünkü iclasın sonunda bildirib ki, Trampın impiçmenti prosesinin davamı yerli vaxtla yanvarın 21-də saat 13-00-da davam etdiriləcək.

ABŞ konqresinin nümayəndələr palatası çərşənbə günü bu ölkənin prezidenti Donald Trampın impiçmenti üzrə layihələrin senata göndərilməsi layihəsini qəbul etdi.

Bu layihə 193 əleyhinə səs qarşılığında 228 lehinə səslə ABŞ konqresinin nümayəndələr palatasında qəbul olundu.

Nümayəndələr Palatası 2019-cu il dekabrın 18-də tarixi bir səsvermədə “hakimiyyətdən sui-istifadə” və “konqresin təhqiqatlarında sabotaj” ittihamlarına şamil olan Trampın impiçmenti layihələrini əksəriyyət səslə qəbul etmişdi.

Trampın impiçmenti prosesi onun Ukrayna prezidenti ilə telefon danışığının ifşa olunmasından sonra başlandı.

Tramp ötən il iyul ayının sonlarında ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon əlaqəsində ondan istəmişdi ki, 2020-ci il Amerika prezident seçkilərinə demokrat namizəd və onun əsas rəqibi Co Baydenin reytinqinə ziyan vuracaq məlumatları onun ixtiyarına qoysun.

Deyilənlərə görə, Tramp Amerikanın Ukraynaya hərbi köməyinin təqdim olunmasını Baydenin və oğlunun iddia olunan korrupsiyası haqda təhqiqatla şərtləndiribdir.

Bu rüsvayçılıqdan sonra Nümayəndələr Palatasının demokrat sədri Nensi Pelosinin göstərişi ilə Trampın impiçmenti üzrə təhqiqat prosesi başlandı.

 

Teqlər

Şərhlər