İyul 04, 2020 08:38 Asia/Baku
  • ABŞ-da koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb

ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

SəhərAzəri - Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ötən sutka ölkədə koronavirusa 57 497 nəfər yoluxub. Bundan əvvəlki antirekord iyulun 2-si qeydə alınmışdı - 55 220 yoluxma faktı.

Təxminən 40 ştatda koronavirusa yoluxma hallarında artımın müşahidə edilməsi səbəbilə iyulun 4-ü Müstəqillik Günü bayramının qeyd edilməsi qismən ləğv edilib.

Bildirilir ki, son həftə ərzində rekord sayda yoluxma halları ABŞ-ın 16 ştatında qeydə alınıb. Ötən gün ən çox yoluxma halları Florida ştatında aşkarlanıb - 9 488.

Qeyd edək ki, Con Hopkin Universitetinin hesabatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 2,79 milyonu ötüb, 129 430 nəfər vəfat edib.

Teqlər

Şərhlər