Sen 16, 2020 14:54 Asia/Baku
  • İtalyan limanında dəhşətli yanğın və partlayış

Kütləvi yanğın İtaliyanın şimalındakı Ankona limanına ziyan vurub.

SəhərAzəri xəbər verir, Bu gün səhər İtaliyanın Marche əyalətindəki Ankona limanı güclü yanğına məruz qalıb. Şahidlərin sözlərinə görə, bir neçə anbar və yük maşınlarını bürüyən yanğında bir neçə partlayış baş verib.
Alovu söndürmək üçün 12 yanğınsöndürən gurup göndərilib. 
Ankona-daki məktəblər, universitetlər, idman mərkəzləri və parklar yayılmış tüstü səbəbiylə bağlanıb. Bələdiyyə rəsmiləri yanğının mümkün xəsarətləri barədə hələ açıqlama verməyiblər.

 

Teqlər

Şərhlər