Okt 28, 2020 19:02 Asia/Baku
  • Putin və Ərdoğan Qarabağ olayları barədə məşvərət ediblər

Rüsiya və Türkiyə prezidentləri telefonla Qarabağ olayları barədə danışıblar.

SəhərAzəri xəbər verir, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu telefon söhbətində Qarabağ münaqişəsi və bu bölgənin durumu ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə rəsmi Kreml məlumat yayaıb.

Azərbaycan Respublikası və Ermənistanın dövlət başçıları ilə təmaslarına, həmçinin Qarabağ münaqişəsində tez bir zamanda atəşkəsin əldə olunması üçün görülən işlərə toxunan Putin intensiv döyüşlərdən və terrorçuların geniş miqyasda münaqişəyə daxil edilmələrindən dərin narahatlıq keçirdiyini bildirib.

Putin və Ərdoğan bu söhbətdə Rusiya və Türkiyənin xarici və müdafiə siyastətlərinin müəyyən hissələri arasında koordinasiya, həmçinin danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Qarabağ münaqişəsində döyüşlər qarşılıqlı atışmalar nəticəsində cari il sentyabrın 27-də bərpa edildi.

Bu döyüşlərdə onlarla nəfər ölüb və yaralanıb, həmçinin tərəflərin iri miqdarda silah və sursatı məhv edilibdir.

Teqlər

Şərhlər