Jul 14, 2019 12:00 Asia/Baku
  • İranın kişi taekvondoçuları İtaliya universiadasının qalibi olublar
    İranın kişi taekvondoçuları İtaliya universiadasının qalibi olublar

İranın kişilərdən ibarət taekvondo komandası dörd qələbə ilə qüdrətlə 2019-cu il İtaliya universiadasının qalibi olubdur.

İranın kişilərdən ibarət taekvondo komandası dünən İtaliyanın Neapol şəhərində keçirilən gənclərin 30-cu beynəlxalq oyunları-universiadasının davamında Misir komandasını 33-6 hesabı ilə məğlub edərək, yarışların çempionu olubdur.

İran taekvondoçuları final görüşündən qabaq Ukrayna, Çin və Malayziya yığmalarını məğlub etmişdilər.

Bu yarışlarda Misir və Tayvan komandaları müvafiq olaraq, ikinci və üçüncü olublar.

İranın kişilərdən ibarət taekvondo komandası fərdi yarışlarda da dörd qızıl medal almağa müvəffəq olmuşdu ki, parlaq fəaliyyətə malik və İranın tələbələrdən ibarət idman karvanının ən yaxşı komandası adını almış olsun.

Teqlər

Şərhlər