Naqoya Asiya Oyunları: İran 19-cu qızıl medalını qazandı
İranın idman karvanı 20-ci Asiya Oyunlarını, 19 qızıl, 18 gümüş və 15 bürünc medal olmaqla ümumilikdə 52 medalla başa vurub. İranın 19-cu qızıl medalını milli voleybol komandası qazanıb.
Naqoyada keçirilən Asiya Oyunlarının 14-cü günündə İranın nümayəndə heyəti dörd qızıl, bir gümüş və iki bürünc medal əldə edib. Asiya Oyunlarının 14-cü günündə iranlı idmançılar yeddi müxtəlif idman növündə rəqibləri ilə qarşılaşıblar.Günün yarışlarında Ariyən Səlimi taekvondoda, Yunis İmami və Əmir Əli Azərpira sərbəst güləşdə, eləcə də milli voleybol komandası qızıl medallar qazanıblar.İranın taekvondo ulduzu Ariyən Səlimi 80 kq-dan yuxarı çəki dərəcəsində inamlı qələbə qazanaraq qızıl medala sahib olub.Sərbəst güləş üzrə isə Yunis İmami 74 kq çəki dərəcəsində dünya çempionu olmuş yaponiyalı rəqibinə qalib gələrək, Asiya Oyunlarının qalibi olub.97 kq çəki dərəcəsində mübarizə aparan iranlı sərbəst güləşçi Əmir Əli Azərpira isə Özbəkistan təmsilçisini məğlub edərək, qızıl medal qazanıb.İran voleybol üzrə mili komandası da finalda Yaponiyanı məğlub edərək, ardıcıl dördüncü dəfə Asiya çempionu olub və Naqoyada komanda idman növlərində İranın yeganə qızıl medalını qazanıb.Həmçinin tekvando üzrə Mehdi Hacı-Musayi gümüş medal, Fatimə Əhmədi isə bürünc medal qazanıblar, bundan əlavə Fərsad Şahi ilə Əmir Məhəmməd Cəmsididən ibarət padel tennis üzrə iki nəfərlik komanda da bürünc medala sahib olub.Sabah isə atçılıq yarışlarında İranı Faizə Qərəvi təmsil edəcək, lakin bu idman növünün şəraitini nəzərə alaraq, demək olar ki, İranın idman karvanı 20-ci Asiya Oyunlarındakı çıxışını ümumilikdə 52 medalla başa vurub.