Sərbəst güləş üzrə dünya çempionatı: Məhəmmədnəjad və Zare qızıl medal qazandılar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i423804-sərbəst_güləş_üzrə_dünya_çempionatı_məhəmmədnəjad_və_zare_qızıl_medal_qazandılar
Qazaxıstanda keçirilən sərbəst güləş üzrə dünya çempionatında İranın iki güləşçisi qızıl medal əldə edib.
(last modified 2026-11-01T11:30:19+00:00 )
Noy 01, 2026 15:28 Asia/Baku
  • Sərbəst güləş üzrə dünya çempionatı: Məhəmmədnəjad və Zare qızıl medal qazandılar

Qazaxıstanda keçirilən sərbəst güləş üzrə dünya çempionatında İranın iki güləşçisi qızıl medal əldə edib.

61 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Məhəmmədnəjad Hindistan, ABŞ və Qazaxıstan təmsilçilərini məğlub edərək, finala yüksəlib. Həlledici görüşdə isə dünya və Olimpiya çempionu olmuş rusiyalı güləşçi Zaur Uquyevlə qarşılaşıb və 9:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.125 kq çəki dərəcəsində çıxış edən Əmir Hüseyn Zare də final görüşündə rəqibini 11:0 hesabı ilə, vaxtından əvvəl məğlub edərək qızıl medala sahib olub. Dünya çempionluğu titulları, eləcə də Olimpiya oyunlarının gümüş və bürünc medallarına sahib olan Əmir Hüseyn Zare bu qələbə ilə kolleksiyasına daha bir dünya çempionluğu əlavə edib.