Oct 23, 2019 09:22 Asia/Baku
  • İranlı qadın uşu ustası dünya çempionu olub
    İranlı qadın uşu ustası dünya çempionu olub

65 kiloqram çəki dərəcəsində yarışan iranlı sandaçı qadın idmançı Çində keçirilən yaşlılar arasında uşu üzrə dünya çempionatının qızıl medalını əldə edib.

Uşu üzrə 15-ci dünya çempionatının davamında Elaheh Mənsuriyan dünən 65 kiloqram çəki dərəcəsinin final görüşündə türkiyəli idmançı ilə görüşüb və onu iki raundda məğlub edərək, qızıl medal qazanıbdır.

İranın sandaçı qadın idmançısı öncəki mərhələlərdə də Fransa və Livandan olan idmançıları məğlub etmişdi.

Dünən də 75 kiloqramdan aşağı çəki dərəcəsində yarışan Məryəm Haşemi bu yarışların final görüşündə hindistanlı rəqibini məğlub edərək, qızıl medal əldə edibdir.

70 kiloqramdan aşağı çəki dərəcəsində yarışan iranlı uşu ustası- Şəhrebanu Mənsuriyan da bu yarışların final görüşündə Braziliyadan olan rəqibini məğlub edərək, qızıl medal qazanıbdır.

İranın qadın komandasının hər üç sandaçı idmançısı qızıl medal sahibi olubdur.

 

Şərhlər