Dek 09, 2019 16:29 Asia/Baku
  • Çəkiazaltma əməliyyatı ürəyin sağlamlığını geri qaytarır
    Çəkiazaltma əməliyyatı ürəyin sağlamlığını geri qaytarır

Amerikanın Klivlend universitetindən olan tibb elmləri üzrə iki tədqiqatçı- doktor Əli Əminiyan və doktor C. Maykl Qonsales Kompevi bildiriblər ki, çəkiazaltma üzrə cərrahiyyə əməliyyatı nəinki diabeti aradan götürür həm də ürəyin sağlamlığını geri qaytarır.

Endokrin xəbər portalının məlumatına görə, Ohayo ştatında yerləşən Klivlend universitetinin cərrahiyyə şöbəsinin dosenti, tədqiqat qrupunun başçısı doktor Əli Əminiyan deyir ki, çəkiazaltma əməliyyatları, o cümlədən mədə-bağırsaq, mədə baypas və ya mədə sürüşməsi əməliyyatları ilə ürək-damar ağırlaşmalarında, xüsusən ürək xəstəlikləri, insult və ürək çatışmazlığı riskinin nəzərəçarpacaq dərəcədə azalmasının şahidi olduq. Doktor Əminiyan deyir ki, səkkiz il ərzində xəstələrin vəziyyətini nəzərdən keçirərək, öyrəndik ki, bu əməliyyatlar ölüm riskini 41 faiz azaldır. Köklüyün yaranmasında təsirli olan amillər irsi amillər, çox yemək, piy toxumasının yaranma mexanizmində dəyişiklik, istilik istehsalının azalması, əldə olunan qidanın miqdarı azalmadan bədən fəaliyyətinin azalmasıdır. Qarının piyinin artması da ürək-damar xəstəliklərinin baş verməsi riski ilə müşayiət olunur.

 

Şərhlər