Sen 14, 2020 20:19 Asia/Baku
  • Karate üzrə dünya məşqçiləri arasında növbəti vebinar keçiriləcək

Karate üzrə dünya məşqçilərinin ikinci seminarı vebinar formatında keçiriləcək.

Səhər Azəri bildirir ki, Karate üzrə dünya məşqçilərinin 2-ci vebinarı 16 sentyabrda keçiriləcək.

Fars xəbər agentliyinin məlumatına görə, keçən aydan etibarən vebinar formatında etibarlı məşqçilik kursları Dünya Karate Federasiyası tərəfindən işə salınıb. Bu seminarın ilk kursunda 20-dən çox ölkənin təlimatçıları iştirak ediblər. Seminarda məşqçilər öz karate biliklərini yeniləmək imkanı əldə ediblər.

Buna əsasən, dünya karate məşqçilərinin ikinci seminarı sentyabrın 16-da Tehran vaxtı ilə saat 16:30-da vebinar formatında keçiriləcək.

Bu seminar Dünya Taekvondo Federasiyasının Hakimlər Komitəsinin sədri Xavier Skalantın təşəbbüsü ilə keçiriləcək.

Teqlər

Şərhlər