Jul 04, 2019 07:02 Asia/Baku
  • Həzrət Məsumə(s.ə)-nın mövludunun ildönümü günü mübarək!

İslami İran İmam Rza(ə)-ın bacısı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludunun ildönümü günündə şadlığa qərq olub.

Bu gün ziqədə ayının biri, dünya şiələrinin yeddinci imamı Həzrət Musa ibn Cəfər(ə)-ın əziz qızı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludunun ildönümü günüdür.

173-ci hicri qəməri ili ziqədə ayının birində Mədinə şəhərində dünyaya göz açan Həzrət Fatimeyi-Məsumə(s.ə.) fəzilətlər simvoludur.

İslami İranda Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu günü qız günü adlandırılıbdır.

Bu gündən iyulun 14-dək dünya şiələrinin səkkizinci imamı İmam Rza(ə)-ın mövludunun ildönümü gününədək olan müddət  İranda"kəramət ongünlüyü" adlandırılıb.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın mövludu gününün gəlib çatması münasibətilə paklıq Əhli-Beyti(ə) sevərləri təbrik edir.

Teqlər

Şərhlər