Sen 13, 2023 18:58 Asia/Baku
  • Sabah Peyğəmbərin (s.ə.s) vəfatı və İmam Həsənin (ə) şəhadətinin ildönümü günüdür

Sabah 28 səfər (14 sentyabr) aləmlərin ən üstün varlığı, əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafanın (s.ə.s) vəfatı və Onun (s.ə.s) övladı İmam Həsən Müctəbanın (ə) şəhadətinin ildönümü günüdür.

Həzrət Məhəmməd (s.ə.s) hicrətin 11-ci ilində vəfatından öncəyə qədər mehribanlıqla, dinin qaydaları və hökmlərini ən gözəl üslubda və mətanətli şəkildə bəyan etdi və din və dinin mararifinin yayılmasına mümkün qədər çalışdı.

Şiələrin ikinci imam həzrət Həsən Müctəba(ə) da hicrətin 50-ci ilində, səfər ayının 28-də Müaviyənin göstərişi ilə həyat yoldaşı tərəfindən zəhərlənərək, şəhid edildi.

Həzrət Məhəmməd Mustafanın (s.ə.s) vəfatı və həzrət Həsən Müctəbanın (ə) şəhadəti axşamında Əhli-Beyt (ə) aşiqləri İslami İranın hər bir yerində xüsusilə də Məşhəddə İmam Rzanın (ə) hərəmində və Qumda Həzrət Məsumənin (s.ə) ziyarətgahında əzadarlıq edirlər.

Səhər Azəri kanalı adından 28 səfər münasibəti ilə bütün dünya müsəlmanlarına başsağlığı veririk.

 

Teqlər