Fev 27, 2020 08:52 Asia/Baku
  • Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadəti münasibətilə başsağlığı veririk

Bu gün, 1441-ci hicri qəməri ili rəcəb ayının üçü, 2020-ci milad ili fevralın 27-si, dünya şiələrinin onuncu imamı, Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Əli Əl-Nəqi(ə) 212-ci hicri qəməri ilində Mədinə şəhərinin yaxınlığında dünyaya göz açıb. O həzrət möhtərəm atası, İmam Cavad(ə)-ın göstərişləri altında qərar tapıbdır.

O həzrət möhtərəm atasının şəhadətindən sonra islami cəmiyyətin rəhbərliyi və imamətini öhdəsinə götürüb.

Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın məşhur ləqəblərindən Hadi, "hidayət edən" deməkdir.

İmam Hadi(ə) əsl İslam-ın nurlu simasının təqdimində çox səy göstəribdir.

Bir tərəfdən, İmam Hadi(ə)-ın geniş elmi və biliyi, digər tərəfdən də o həzrətin xalq arasındakı böyük cazibədarlığı və hörməti Abbasi hökmranlarının paxıllığı və küdurətinə səbəb olurdu və nəhayət, onlar bir fitnə ilə o həzrəti şəhid etdilər.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə  bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

Şərhlər