Sen 17, 2020 08:16 Asia/Baku
  • Həmas və İslami Cihad sionist-amerikan fitnəsinə qarşı müqavimətin vacibliyini vurğulayıblar

Fələstin İslami Müqavimə Hərəkatı Həmas və İslami Cihad Hərəkatının yüksək vəzifəli rəsmiləri əhəmiyyətli bir görüş keçirərək, sionist rejim və ABŞ fitnələri qarşısında müqavimət planlarının həyata keçirilməsi vacibliyini vurğulayıblar.

SəhərAzəri xəbər verir, Həmas Və Cihad hərəkatının yüksək rütbəli liderləri son iki həftə ərzində ikinci dəfə olaraq, Beyrutda görüş keçiriblər.

İslami Cihad Hərəkatı bir bəyanatda elan edib ki, bu hərəkatın baş katibi Ziyad Əl-Nəxalə digər rəsmilərin iştirakı ilə Həmas-ın siyasi bürosunun rəhbəri İsmail Həniyyənin başçılıq etdiyi Fələstin İslami Müqavimət Hərəkatının yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətini qəbul edib.

Sözü gedən bəyanata əsasən, bu görüşdə Fələstin məsələsi və onun ətrafındakı təhlükələr barədə fikir mübadiləsi aparılıb.

Bu görüşdə Fələstinin birliyi, milli barışığın tamamlanması və cari miladi ayının əvvəlində keçirilən Fələstin qruplarının baş katib səviyyəsində iclasında çıxarılan qərarların praktiki uğurları, həmçinin işğalçı sionist rejimə qarşı müqavimətin gücləndirilməsi vacibliyi vurğulanıb.

Bu iclasda Həmas və Cihad hərəkatlarının mövqeləri və addımları arasındakı ahəngdarlığın gücləndirilməsi yolları da araşdırılıb.

Teqlər

Şərhlər