Ərdoğan: Ədalət və İnkişaf Partiyasının seçki qərargahına edilən hücuma görə PKK məsuliyyət daşıyır
- 
					
									Rəcəb Təyyib Ərdoğan  
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Suruç şəhəri yaxınlığındakı seçki qərargahına edilən hücumu terror aktı adlandırıb və bu hücuma görə PKK-nın məsuliyyət daşıdığını bildirib.
Cümə axşamı hakim Ədalət və İnkişaf Partiyasının Şanlı Urfa vilayətində yerləşən Suruç şəhərindəki seçki qərargahına silahlı basqın edilib. Bu hadisədə 3 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.
İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan cümə axşamı İstanbulda etdiyi çıxışında baş vermiş hadisəyə münasibət bildirib və deyib: Ədalət və İnkişaf Partiyası Parlament və Prezident seçkilərində irəlidədir və bu terror aktı, Ədalət və İnkişaf Partiyasının irəliləyişinə dözməyənlərin işidir.
Türkiyə prezidenti hökumətin Şanlı Urfa sakinlərini PKK-nın terror hücumları qarşısıdna yalnız buraxmayacağını deyərək, əlavə edib: Təhlükəsizlik qüvvələri bu terror aktının arxasında duranları tapıb, cəzalandıracaq.
Türkiyədə parlament və prezident seçkiləri iyunun 24-də keçiriləcək. Prezident seçkilərində hazırkı prezident Rəcəb Təyyib Ərdoğan da daxil olmaqla 6 namizəd rəqabət aparacaq.