Türkiyənin sabiq prezidenti üç kürdsakinli şəhərin merlərinin kənarlaşdırılmasına etiraz edib
https://azeri.sahartv.ir/news/türkiyə-i346856-türkiyənin_sabiq_prezidenti_üç_kürdsakinli_şəhərin_merlərinin_kənarlaşdırılmasına_etiraz_edib
Türkiyənin sabiq prezidenti bu ölkənin hökuməti tərəfindən kürdsakinli Diyarbəkr, Mardin və Van şəhərlərinin bələdiyyə başçılarının kənarlaşdırılmalarını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2019 09:50 Asia/Baku
  • Türkiyənin sabiq prezidenti üç kürdsakinli şəhərin merlərinin kənarlaşdırılmasına etiraz edib

Türkiyənin sabiq prezidenti bu ölkənin hökuməti tərəfindən kürdsakinli Diyarbəkr, Mardin və Van şəhərlərinin bələdiyyə başçılarının kənarlaşdırılmalarını tənqid edib.

Abdullah Gül bu gün deyib ki, Diyarbəkr, Mardin və Van merlərinin kənarlaşdırılmaları Türkiyə demokratiyası üçün düzgün bir hərəkət deyildi.

Eyni zamanda, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu da Diyarbəkr, Mardin və Van merlərinin kənarlaşdırılmalarını yanlış hərəkət adlandıraraq, deyib ki, bu üç bələdiyyə başçısının kənarlaşdırılması demokratik bir quruluşun ruhu ilə ziddiyyət təşkil edir.

Türkiyənin sabiq baş naziri bu üç merin kənarlaşdırılması haqda xəbərdarlıq edərək, bildirib ki, bu hərəkət terrorizmlə mübarizəni də zəiflədə bilər.

Belə bir halda, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın hakim ədalət və inkişaf partiyasındakı köməkçisi Mahir Onal, Abdullah Gülü və Əhməd Davudoğlunu tənqid edərək, onları Ərdoğanın düşmənlərinin sırasında durmaqda ittiham edibdir.

Türkiyənin daxili işlər nazirliyi dünən bir bəyanat yayaraq, Mardin, Diyarbəkr və Van merləri- Əhməd Türk, Ədnan Səlcuq və Məzraklı və Bədiyyə Özgökçə Artanın kənarlaşdırılmalarını xəbər vermişdi.