Apr 04, 2020 22:37 Asia/Baku

Təcavüzkar səud koalisiyasının qırıcıları ötən sutka ərzində 19 dəfə Yəmənin müxtəlif bölgələrini bombardman ediblər.

Bu xəbəri yayan Yəmənin Əlməsirə telekanalı sonra bildirib ki, bu ölkənin Səədə, Əlcuf, Marəb, İmran və Həccə vilayətləri təcavüzkar səud koalisiyası qırıcılarının hücum hədəflərinə çevriliblər.

Əlməsirə telekanalının verdiyi məlumata görə, həmin hücumlarda üç mülki ölüb, bir qrup insan da yaralanıbdır.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. 

SƏUDLARIN YƏMƏNƏ QARŞI HÜCUMLARI SƏNGİMİR

Şərhlər