• İran xalqı bu həftə cümə namazından sonra imperializm əleyhinə aksiyada iştirak edəcək
    İran xalqı bu həftə cümə namazından sonra imperializm əleyhinə aksiyada iştirak edəcək

İran İslam Respublikasının İslam Təbliğatı Koordinasiya Şurası İran xalqını bu həftə cümə namazından sonra imperializm və ABŞ-ın hegemon hökumətinin sədaqətsizliyi əleyhinə xalq yürüşündə iştiraka dəvət edib.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Təbliğatı Koordinasiya Şurasının müraciətində ABŞ prezidenti Donald Trampın birtərəfli qaydada nüvə anlaşmasından çıxmasını İran xalqına qarşı psixoloji müharibənin gücləndirilməsi və İran xalqına qarşı iqtisadi təzyiqlərin artırılması istiqamətində dəyərləndirib və İran xalqını 11 may tarixində cümə namazında iştirak etdikdən sonra ABŞ və sionizm əleyhinə aksiyada iştiraka dəvət edib. 

May 11, 2018 06:34 Asia/Baku
Şərhlər