• Təhlükəsizlik şəhirdlərinin ailələri inqilab rəhbəri ilə görüşüblər
    Təhlükəsizlik şəhirdlərinin ailələri inqilab rəhbəri ilə görüşüblər

İslam inqilabının böyük rəhbəri son günlər təhlükəsizlik şəhidlərinin ailələrindən ibarət bir qrup ilə görüşündə onları xalqa xidmət istiqamətində öz şəhidlərinin yolunu getməyə çağırıblar.

Həzrət Ayətullahül-üzma Xameneinin əsərlərini mühafizə ofisinin verdiyi məlumata görə, altı təhlükəsizlik şəhidinin ailələrinin iştirak etdiyi bu görüşdə Həzrət Ayətullahül-üzma Xamenei buyurublar: Həmişə yüksək əhval ruhiyə ilə səhnədə olun şəhidlərinizin ölkəyə, islama və quruluşa xidmət etdikləri kimi siz də xidmət edin. 

İslam inqilabının böyük rəhbəri təhlükəsizlik şəhidlərinin xidməti dövründə çətinliklərə dözdüklərini xatırladaraq bildiriblər: Bu şəhidlərin xidmət yeri ən çətin bölgələrdən biri olub. Sizin şəhidləriniz həyatda ikən əsil mənada şəhid kimi əməl etdilər.

Teqlər

Nov 24, 2018 10:08 Asia/Baku
Şərhlər