May 10, 2019 16:20 Asia/Baku
  • İranın nüvə anlaşmasındakı bəzi addımlarının dayandırılmasına dəstək aksiyası
    İranın nüvə anlaşmasındakı bəzi addımlarının dayandırılmasına dəstək aksiyası

İslami İran xalqı bütün ölkədə aksiya keçirərək, İranın nüvə anlaşmasındakı bəzi addımlarının dayandırılmasına dəstək veribdir.

İran xalqı bu gün cümə namazından sonra ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirərək, "Amerikaya ölüm!" və "Sionist rejimə ölüm!" şüarları verib və Amerika ilə Avropanın nüvə anlaşması ilə bağlı sədaqətsizlikləri qarşısında qətiyyətli addımların atılması vacibiliyini vurğulayıbdır.

İran xalqı həmçinin aksiyanın sonunda qətnamə qəbul edərək, ABŞ başçılarına xəbərdarlıq edərək bildiribdir ki, İrana qarşı hər cür hərəkət və təhdid xalqın qətiyyətli reaksiyası ilə üzləşəcəkdir.

İran xalqı habelə əcnəbilərə etimad etməməyə və imperializmin tamahkarlıqları qarşısında təslim olmamağa təkid edərək, İran dövlətindən istəyibdir ki, Amerika ilə Avropanın nüvə anlaşması ilə bağlı sədaqətsizliklərinin davam etməsi qarşısında ciddi addım atsın.

İran çərşənbə günündən etibarən, nüvə anlaşmasındakı bəzi addımlarını dayandırdı və bu anlaşmada qalan ölkələrə özlərinin xüsusən bank və neft sahəsindəki öhdəliklərini icra etmələri üçün altmışgünlük bir fürsət verdi.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani çərşənbə günü Qərb ölkələrinin nüvə anlaşmasının icrası sahəsindəki səhlənkarlıqlarına toxunaraq, dedi: İran ağır su və zənginləşdirilmiş uran ehtiyatlarını gücləndirməyə başlayacaq və əgər avropalılar atlmış gün ərzində Amerikanın birtərəfli sanksiyalarının əvəzini çıxa bilməsələr, İran nüvə reaktorunun düzəldilməsini də bərpa edəcəkdir.

Teqlər

Şərhlər