Yan 29, 2020 00:34 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə.) əzadarlığı mərasiminin ikinci gecəsi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə.) əzadarlığı mərasiminin ikinci gecəsi keçirilib

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei və İranın bir qrup məsul şəxsinin, eləcə də xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərin iştirakı ilə Tehranda yerləşən İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Fatimeyi-Zəhra(s.ə.) əzadarlığı mərasiminin ikinci gecəsi keçirilib.

Bu mərasimdə höccətulislam vəlmuslimin Naser Rəfii öz çıxışında Allah-Taala və ilahi dəyərlər yolunda qəzəbi, müqəddəs qəzəb adlandırıb və belə deyib: Əhli-Beyt(ə)-ın rəftar tərzi onu göstərir ki, “haqqı inkar etmək”, “dində pis adət qoymaq”, “müqəddəslərə hörmətsizlik”, “ictimai pozğunluqlar” və “məsul şəxslərin korrupsiyası və xəyanəti” qarşısında susmağa yol verilmir, necə ki, Həzrət Fatimeyi-Zəhra(s.ə.) haqq və vilayətin inkar edilməsi və unudulması qarşısında susmadı.

Höccətulislam Rəfii Vilayəti Fəqihi, həmçinin İmam Xomeyni(r.ə)-in və şəhidlərin vəsiyyətnamələri kimi halları haqqın tanınması üçün qəti göstəricilərdən adlandırıb və belə söyləyib: Əlbəttə, haqqı müdafiə etmək xərcsiz başa gəlmir. Necə ki, İslam İnqilabının möhtərəm şəhidləri bu xərcləri öz canları ilə satın və müqəddəs qəzəblə İslamın və İranın düşmənlərinin fitnələrinin qarşısını aldılar.

Bu mərasimdə həmçinin Əhli-Beyt(ə) mədhiyyəçisi Həzrət Siddiqeyi-Kubra(s.ə)-nın müsibətlərinə növhələr oxuyubdur.

 

 

 

 

Teqlər

Şərhlər