Sen 09, 2020 10:04 Asia/Baku
  • Bütün İranda Qurani-Kərimə və İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizlik pislənilib
    Bütün İranda Qurani-Kərimə və İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizlik pislənilib

İran xalqı fransız nəşrin İslam Peyğəmbəri(s.ə.s.) barədə hörmətsiz təsviləri yenidən çap etməsinə və İsveçdə Qurani-Kərimin yandırılması kimi ağılsız hərəkətə qarşı aksiya keçirib.

SəhərAzəri xəbər verir, İslami İran xalqı bu gün ölkə boyu, Qərb ölkələrində Qurani-Kərimə və İslam Peyğəmbəri(s.ə.s)-in müqəddəs simasına qarşı həyasızcasına və vəhşicəsinə hörmətsizliyə öz dərin nifrətini ifadə edib və fransalı siyasətbazların puç söz azadlığı bəhanəsilə zəlilcəsinə sükutunu pisləyibdir.

Ümumölkə aksiyalarının iştirakçıları həmçinin müştərək bir qətnamədə vurğulayıblar ki, milyardlarla azadə insanın müqəddəslərinə qarşı düşməncəsinə hərəkətlər və islamofobiya istiqamətində atılan hər hansı bir addım, saxta və uşaq öldürən sionist rejimin və Amerikanın fitnələri və düşmənçilik siyasətlərindən qaynaqlanır.

İran xalqı sonra bütün beynəlxalq təşkilatlardan, bütün azadlıqsevərlərdən və dünya müsəlmanlarından istəyibdir ki, Qurani-Kərimə və İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı həyasızcasına hörmətsizliklər qarşısında qətiyyətli mövqe tutaraq, minimum pisləməklə kifayətlənməsinlər.

Bundan öncə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bir müraciətdə fransız nəşrin Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyini pisləyərək, belə qeyd etmişdilər: Sionistlərin və zalım hökumətlərin tamamilə anti-İslam siyasətləri vaxtaşırı özünü göstərən bu kimi düşməncəsinə hərəkətlərin amilidir.

Teqlər

Şərhlər