Okt 06, 2020 20:21 Asia/Baku
  • Ermənistan ordusu Ağdama yenidən mərmi atıb

Ermənistn ordusu Ağdama yenidən mərmi atıb, mağaza, kafe və çayxanaya ziyan dəyib.

Səhər Azəri Report-a istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin  Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.

Ermənistan silahlı qüvvələri yenə də kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.

Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xəsarət alan olmayıb.

 

Teqlər

Şərhlər