Oct 18, 2019 21:23 Asia/Baku

İmam Hüseyn(ə) Ərbəininə beş gün qalır. Əhli-Beyt(ə) sevərlərin Ərbəin mərasimində geniş iştirakı barədə xəbərlər daxil olur.

Verilişin müddəti : 00:55:00

Tarix :    2019/10/18

-------------------------------------------------------------

İmam Hüseyn(ə)-ın karvanı Kərbəlaya çatarkən, hicri qəməri tarix ilə 61-ci il məhərrəm ayının ikinci günü idi. Bu gündən sonra onların işi çətinləşdi. Hər gün Kufə qoşununun mühasirəsi daha da daralır və onların sayı artırdı.

-------------------------------------------------------------

 

Məhərrəm ayının əvvəlindən bəri üç milyon 200 min nəfərdən çox nəfər SƏMAH saytında qeydiyyatdan keçib və bir milyon 823 min nəfərə pasport verilibdir.

Həmçinin məhərrəm ayının əvvəlindən bəri iki milyon 887 min nəfər İraqa göndərilibdir.

İraqda nəqliyyat vasitələri çatışmazlığını aradan qaldırmaq üçün İrandan İraqa 750-dən çox avtobus göndərilib. 281 avtobus da "sıfır" sərhəd nöqtəsində İraq tərəfindən daxil olmaq icazəsini gözləyir.

İraqlı mənbələrin rəsmi statistikalarına görə, təqribən on dörd milyon zəvvar, o cümlədən iki milyondan çox iranlı ötən il dünyada ən iri dini toplantı olan Hüseyn(ə) Ərbəini yürüşündə iştirak etdi.

Teqlər

Şərhlər