Fev 22, 2016 00:45 Asia/Baku

İran və Azərbaycan enerji sektorunda əməkdaşlıqları genişləndirirlər


Verilişin müddəti : 00:02:00

Tarix : 2016/02/22


İran və Azərbaycan enerji sektorunda əməkdaşlıqları genişləndirirlər



İran İslam Respublikası və Azərbaycan Respublikasının enerji sektorundakı əməkdaşlıqları yüksələn xətt üzrə inkişaf edir.


Azərbaycan Respublikasının İran İslam Respublikası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına qaz nəqli iki tərəfin enerji sektorundakı ilk layihələrindəndir. Bu layihəyə 2015-ci ildən başlanıb və indiyə qədər davam edir. Hazırda isə bu əməkdaşlıqlar genişlənməkdədir.


Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev bu barədə deyib: Azərbaycan İran İslam Respublikası ilə enerji sektorunda yaxşı əməkdaşlıqlara malikdir və qaz və neft istehsalı və qaz anbarının tikilməsi sahəsində İran şirkətləri yüksək səviyyədə aktivdirlər.


Əliyev əlavə edib: Araz çayı üzərində Ordubad və Qız Qalası Elektrik Stansiyaları İranla əməkdaşlıqla tikilir və sanksiyaların ləğvindən sorna Azərbaycanın regionun qüdrətli ölkəsi olaraq İran İslam Respublikası ilə əlaqələrinin genişlənməsi hər iki tərəfin xeyrinədir.


Teqlər