Amerika nüvə sazişindən çıxdı
https://azeri.sahartv.ir/news/Özəl-i306640-amerika_nüvə_sazişindən_çıxdı
ABŞ prezidenti bu ölkənin Əhatəli Müştərək Təşəbbüs Proqramından (ƏMTP) çıxması barədə fərmanı imzaladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 02:46 Asia/Baku
  • Amerika nüvə sazişindən çıxdı
    Amerika nüvə sazişindən çıxdı

ABŞ prezidenti bu ölkənin Əhatəli Müştərək Təşəbbüs Proqramından (ƏMTP) çıxması barədə fərmanı imzaladı.

İRİB-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp dünən ƏMTP-nin nəticəsiz olduğunu iddia edərək ölkəsinin BMT tərəfindən də təsdiqlənmiş 5+1 qrupunun nüvə sazişisindən çıxması barədə fərmanı imzaladı.

Tramp çıxışında İran İslam Respublikasına qarşı əsassız ittihamlar səsləndirdi, o cümlədən İranı region ölkələrinin işlərinə qarışmaqda ittihamlandırdı və iddia etdi ki. Tehran ƏMTP-nin imzalanması ilə nüvə silahı əldə etmək astanasında yerləşir. 

Amerikanın ƏMTP-ni birtərəfli tərk etməsinə baxmayaraq sionist rejim istisna olmaqla müxtəlif ölkələr bu razılaşmaya dəstək veriblər. 

Sionist rejimin baş naziri Benyamin Netanyahu da ABŞ prezidentinin ƏMTP-dən çıxmasını elan etməsindən dərhal sonra Ağ Evin bu qərarından razı qaldığını dilə gətirib.