Fev 16, 2019 08:11 Asia/Baku

Zaman sürətlə keçməkdədir və İngiltərənin Avropa Birliyindən çıxmaq üzrə ikiillik möhlətindən yalnız altı həftə qalıbdır.

Verilişin müddəti : 00:02:13

Tarix : 2019/02/16

-------------------------------------------------------------------------

Həftələr öncə dövlətin Avropa Birliyindən çıxmaq tərzi barədəki layihəsini parlament tarixinin ən ağır məğlubiyyəti kimi rədd etmiş İngiltərə parlamenti indi dövlətin dəyişdirilmiş layihəsini də oxşar tale ilə qaytardı. Bu səslə, İngiltərə baş nazirinin parlamentdəki onuncu məğlubiyyəti də qeydə alındı.

Müsahibə: Bugecəki səs göstərdi ki, parlamentdəki heç bir əksəriyyətin baş nazirin breksitin icrası üçün nəzərdə tutduğu yol və üslubdan ötrü rəyi mövcud deyildir. Təəccüblüdür ki, baş nazir parlamentin səsinə laqeyddir. Və burada deyildir ki, bu məğlubiyyəti etiraf etmiş və dəqiq şəkildə proqramının nə olduğunu demiş olsun.

Parlament daxilində mübahisə və hücum, parlament xaricində isə cavab üçün qarşıdurma.

Müsahibə: Məncə, xalqa bu haqq verilməlidir ki, yekun razılaşma barədə öz fikrini bildirsin. Referendum zamanı bütün gerçəkliklər xalqa deyilmədi. Mənim fikrim dəyişib və daha Avropa Birliyindən çıxmağımızı istəmirəm.

Breksitin sərt düyününün açılması tərzi barədə İngiltərə dövləti və parlamenti arasındakı ikiillik davalar elə bir halda davam edir ki, hər gün İngiltərədən çıxmağa tələsən şirkətlərin adlarından ibarət uzun siyahı daha da uzanır.

Müsahibə:  Baş nazir elə göstərməyə çalışır ki, müzakirələri irəlilədir, amma reallıq budur ki, vaxtı hədərə verir.

İngiltərənin iqtisadi sektorunun nigarançılıqları barədəki xəbərlər hər gün artmaqdadır. İngiltərə mərkəzi bankının başçıları bildiriblər ki, bu ölkə breksitlə məşğul olduğu iki ildə, ildə təqribən dörd milyard funt sterlinq xəsarət alıbdır.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər