Apr 18, 2019 22:42 Asia/Baku

İran İslam Respublikasının prezidenti hiyləgər Amerika hökumətinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terrorçu adlandırmaq üzrə hərəkətini çirkin bir hərəkət sayaraq bildirib ki, Sepah-a və silahlı qüvvələrə hörmətsizlik, İran xalqına hörmətsizlik deməkdir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani ordu günü münasibətilə Tehranda keçirilən xüsusi mərasimdə əlavə edib: Bu gün Amerika və sionist rejim regionda sabitlik, təhlükəsizlik, birlik, qardaşlıq və milli maraqların qorunmasının mövcud olmasını istəmirlər.

Ruhani deyib: On səkkiz il bundan öncədən bəri amerikalılar regionda- Əfqanıstan, İraq və Suriyadan tutmuş Livana, Yəmənə və digər ölkələrədək öz hərbi müdaxilələri ilə region xalqları üçün dağıntı və bədbəxtlikdən savayı bir şey qoymadılar.

Ruhani deyib: Amerika, onun regiondakı əlaltıları və sionist rejim ağıllarına belə gətirmirdilər ki, region xalqları onların terrorçulardan ibarət vasitəli qüvvələrinin hamısını Yaxın Şərq regionunda məhv edə və onları işğal etdikləri torpaqlardan çıxara biləcəklər.

İran prezidenti vurğulayıb: İran İslam Respublikası üçün önəmli olan məsələ, terrorizmin sonu və region ölkələrinin sabitliyi, təhlükəsizliyi və istiqlaliyyətidir.

Bu gün Tehranda və İranın digər şəhərlərində eyni vaxtda İran İslam Respublikası Ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın nümunəvi bölmələrinin paradı keçirilib.

Ordu günü münasibətilə keçirilən paradda "Kosər" tipli yerli qırıcılar mərasimin keçirildiyi məkanın səmasında hava manevri əməliyyatını uğurla həyata keçiriblər. Həmçinin bu mərasimdə üç ədəd "Saeqe" tipli qırıcı, 3 ədəd "Miq-29" qırıcısı, bir ədəd 707 tipli yanacaqdaşıyan təyyarə və bir ədəd F-14 qırıcısı parad keçiblər.

Bu il ilk dəfədir ki, İranın yerli qırcıları 29 fərvərdin paradında iştirak edirlər.

Teqlər