İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub
https://azeri.sahartv.ir/news/Özəl-i353751-İranın_azərbaycandakı_səfirliyinin_inzibati_binasında_tüstülənmə_olub
İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2019 15:41 Asia/Baku
  • İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub

İranın Azərbaycandakı səfirliyi tüstülənmə ilə bağlı məlumat yayıb.

APA-nın məlumatına görə, İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında tüstülənmə qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.

Elektrik naqillərində qısaqapanma olub və tüstülənmə meydana gəlib. Həyata keçirilən tədbirlər nəticəsində tüstülənmənin yanğına keçməsinin qarşısı alınıb.

Hazırda hadisə tam nəzarət altındadır, xəsarət alan yoxdur.