Dek 19, 2019 19:30 Asia/Baku
  • İran və Azərbaycan R-nın tibb elmləri universitetləri arasında anlaşma sənədi imzalanıb

Tehran Tibb Elmləri Universiteti ilə Azərbaycan Respublikasının tibb universiteti əməkdaşlıq memorandumu imzalayıblar.

Bu anlaşma sənədi Tehran Tibb Elmləri Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Ramin Kordinin başçılığı altında bu universitetin nümayəndə heyətinin Bakıya səfərində və Azərbaycan Respublikasının tibb universitetinin məsul şəxsləri ilə görüşündə imzalanıb.

Tehran Tibb Elmləri Universiteti ilə Azərbaycan Respublikasının tibb universiteti bu əməkdaşlıq memorandumuna əsasən, təhsil və tibb tədqiqatları sahələrində həmkarlıq edəcəklər.

Tehran Tibb Elmləri Universitetinin nümayəndə heyəti çərşənbə axşamı günü ikigünlük görüş və Azərbaycan Respublikasının tibb və müalicə obyektlərində olmaq məqsədilə Bakıya səfər edibdir.

Hazırda Azərbaycan Respublikası tələbələrindən bir qrupu Tehran Tibb Elmləri Universitetində, bir qrup iranlı tələbə də Azərbaycan Respublikasının tibb universitetində təhsil alır.

 

Teqlər