Dek 23, 2019 21:07 Asia/Baku

İran-Hindistan Müştərək İqtisadi komissiyasının 19-cu iclasının sənədlərinin imzalanması mərasimindən sonra Hindistanın xarici işlər naziri dünən gecə öz Tvitter hesabında yazıb: Bu iclasda tərəflər Çabahar layihəsinin icrasının sürətləndirilməsi barədə razılıq əldə ediblər.

İRNA-nın verdiyi məlumata görə, İran-Hindistan Müştərək İqtisadi Komissiyasının 19-cu iclasında əldə olunan razılaşmalar komissiyanın həmsədrləri tərəfindən imzalanıb. 

Bu iclasda İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifdən əlavə Hindistanın xarici işlər naziri Subrahmaniam Cişankar, eləcə də iki ölkənin nazirliklər və siyasi, iqtisadi, ticarət, nəqliyyat və gəmiçilik qurumlarının nümayəndələri də iştirak ediblər. 

Zərif və Cişankar dünən həmçinin başqa bir iclasda ikitərəfli münasibətlərin son durumunu eləcə də əsas beynəlxalq və regional məsələləri müzakirə ediblər. 

İran İslam Respublikasının Hindistandakı səfiri deyib: İran və Hindistan iqtisadiyyatları biri-birini təkmilləşdirir və iki ölkə arasındakı iqtisadi əməkdaşlıqların dəyəri 40 milyard dollar təşkil edir. 

İranın Hindistandakı səfiri Əli Çegeyni dünən İRNA-ya verdiyi açıqlamada həmçinin deyib: Tehran və Yeni Dehli iqtisadi əlaqələrin hətta qeyri-neft sahələrdə genişləndirilməsi üçün bir çox potensiallara malikdirlər. 

İranın Hindistandakı səfirinin dediyinə görə, iki ölkə əlaqələrinin tarixində ilk dəfə olaraq ötən il ticarət mübadilələrinin dəyəri 17 milyard dolları ötüb-keçib.

 

 İRAN VƏ HİNDİSTAN ÇABAHAR LAYİHƏSİ BARƏDƏ NÖVBƏTİ RAZILAMŞMA ƏLDƏ EDİBLƏR

Teqlər