Dek 24, 2019 12:06 Asia/Baku
  • Azərbaycan Respublikası öz qonşularına qarşı həyata keçirilən sanksiyalara qoşulmayacaq

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri deyib: Azərbaycan Respublikası öz qonşularına qarşı sanksiyalara qoşulmayacaq.

Haqqın.az portalının verdiyi məlumata görə, Səməd Seyidov Azərbaycan Respublikasının beynəlxalq və regional səviyyədə sülhsevər siyasət yeritdiyini xatırladıb və deyib: Bu siyasət ilk növbədə qonşular, o sıradan İran İslam Respublikası ilə qarşılıqlı səmərəli dost münasibətləri nəzərdə tutur. 

Seyidzadə deyib: Biz dəfələrlə öz qərbli ortaqlarımızla görüşlərdə Azərbaycan Respublikasının regiondakı siyasətini onlara açıqlamışıq və rəsmi Bakının öz qonşularına qarşı hərhansı sanksiyaya qatılmayacağını bildirmişik.

Azərbaycan Respublikasının parlament rəsmisi həmçinin deyib: Amerikanın iqtisadi sanksiya siyasəti beynəlxalq qanunlara uyğun gəlmir. 

Seyidov deyib: Rəsmi Bakı düşünülmüş davamlı siyasət yürüdür və məhz buna görə də, regionda öz qonşuları ilə dinc münasibətlərin gücləndirilməsi prossesini davam etdirəcək. 

Teqlər