İran general Qasem Soleymaninn şəhadətini terror hərəkəti adlandırıb
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amerikanın general-leytenant pasdar Qasem Soleymanini və onunla yanaşı olan şəxsləri şəhid etmək üzrə hərəkətini terrorçu və cinayətkarcasına hərəkət adlandırıb.
Məcid Təxte Rəvançi dünən BMT-nin baş katibi Antonio Quterreşə, həmçinin Təhlükəsizlik Şurasının sədrinə məktubda amerikalı terrorçu hərbçilərin Bağdad beynəlxalq hava limanında general-leytenant pasdar Qasem Soleymanini şəhid etmək üzrə terror hərəkətinə toxunaraq, bildirib ki, son illərdə şəhid general Soleymani bəzi region ölkələrinin xalqları və hökumətlərinə yardımda, onların xahişləri ilə İŞİD və Təhlükəsizlik Şurası tərəfindən təyin edilmiş bu kimi digər təhlükəli terror qruplarının məğlub edilməsində mühüm rol oynayıbdır.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bildirib ki, bu terror hərəkəti Amerika prezidenti Donald Trampın birbaşa göstərişi əsasında həyata keçirilib. O, vurğulayıb: Bu əməl cinayətkar bir hərəkət olaraq, dövlət terrorizminin bariz nümunəsidir və BMT əsasnaməsində qeyd olunan prinsiplər xüsusiyyət təşkil etməklə əsas beynəlxalq hüquq normalarının biabırçı şəkildə pozulması sayılır və Amerikanın beynəlxalq məsuliyyətinə səbəb olur.
Təxte Rəvançi bu məktubda vurğulayıb: Təhlükəsizlik Şurası öz məsuliyyətinə əməl etməli, həmçinin Amerikanın bu təhlükəli və hərbi avantürasının beynəlxalq sülh və təhlükəsizliyə olan ağır nəticələrinə əsasən, bu qanunsuz cinayətkar hərəkəti pisləməlidir.
General-leytenant pasdar Qasem Soleymani dünən səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edilibdir.