Ukraynanın sərnişin təyyarəsinin qəzaya uğramasının detalları açıqlanıb
https://azeri.sahartv.ir/news/Özəl-i355809-ukraynanın_sərnişin_təyyarəsinin_qəzaya_uğramasının_detalları_açıqlanıb
İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı insan səhvinə görə, Ukrayna sərnişin təyyarəsinin qəzaya uğramasına işarə edərək, deyib: Bu hadisə Amerikanın regiondakı fitnəkarlıqları və iltihablarının bahasıdır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 11, 2020 14:23 Asia/Baku

İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı insan səhvinə görə, Ukrayna sərnişin təyyarəsinin qəzaya uğramasına işarə edərək, deyib: Bu hadisə Amerikanın regiondakı fitnəkarlıqları və iltihablarının bahasıdır.

Keçən çərşənbə günü səhər Tehranın İmam Xomeyni adına hava limanı yaxınlığında Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsi qəzaya uğradı və onun bütün sərnşinləri həyatını itirdi.

İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı briqada general pasdar Əmi Əli Hacızadə söyləyib: Amerika rejiminin təhdilərinə və çox sayda düşmən təyyarəsinin İran ətrafındakı uçuşlarının artmasına görə, İran İslam Respublikasının Silahlı Qüvvələri tam hazır vəziyyətdə idi ki, təəssüflə, bir şəxsin tələsik qərarı vasitəsilə bu hadisə baş verdi.

General Hacızadə deyib: Amerikalılar təhdid emtişdilər ki, İranın 52 nöqtəsini vuracaqlar və təbiidir ki, Tehranda yerləşən hava hücumundan müdafiə sistemləri tam hazır vəziyyətdə idilər.

İslam İnqilabı keşikçiləri Korpusunun Hava-kosmos Qüvvələrinin komandanı bildirib ki, bu hadisə barədə araşdırma və dəyərləndirmələri daha yuxarı qərargahlar və İranın məhkəmə hakimiyyəti məcmuəsi aparır. O, deyib: İranın Aviasiya Təşkilatının təyyarəyə raketin dəyməsi sahəsində təcrübəsi yox idi və bu qənaətdə idi ki, əgər təyyarəyə raket dəysə, təyyarə yüksəklikdə məhv olmalıdır, amma bu təyyarə yerə enərkən dağılıbdır.

General Hacızadə vurğulayıb ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin məsələni gizlətmək niyyəti olmayıb. O, bu hadisədə həlak olanların ailələrinin kədəri ilə bölüşübdür.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei də bu gün bir müraciətdə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahına Ukrayna sərnişin təyyarəsinin qəzaya uğraması hadisəsində ehtimal olunan səhlənkarlıqlar və ya təqsirlər məsələsini öyrənməyi tapşırıblar.