Suriyalılar Hələb şəhərinə tam təhlükəsizliyin qayıtmasını bayram ediblər
Suriyanın şimalında yerləşən Hələb şəhərinin əhalisi dünən gecə bu şəhərdə tam təhlükəsizliyin qurulması xəbərinin elan olunması ilə küçələrə çıxaraq, şadlıq edib.
Suriya medialarında yayılan film və təsvirlər Hələb vətəndaşlarının Suriya hökumətinin terrorçular üzərindəki yeni qələbələrindən sevinc hissi keçirdiyini göstərir.
Suriya ordusu bazar günü Hələb şəhərinin şimalı və qərbindəki onlarla kənd və qəsəbəni terrorçuların işğalından azad edərək, bu şəhərə tam təhlükəsizliyi qaytarmağa müvəffəq olubdur.
Suriya ordusu son günlər İdlib vilayətinin cənubunda irəliləyişlə bir zamanda, Hələb vilayətinin qərbi və cənubunda bu bölgələri terrorçulardan təmizləmə əməliyyatına başlayıbdır.
İdlib və Hələb vilayətləri terrorçuların Suriyadakı sonuncu bazalarıdır.
Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişmək üçün 2011-ci ildə Ərəbistan, ABŞ və müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları ilə başlandı.
Suriya ordusu son zamanlar İranın hərbi məsləhət köməkləri və Rusiyanın himayəsilə İŞİD terror qrupunun bu ölkədəki işini bitirə bildi.
Digər terror qrupları da məğlub olmaqdadırlar.