İran Kabil terror hücumunu pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün axşam Kabildə Əfqanıstan İslami Vəhdət Partiyasının mərhum təsisçilərindən olan şəhid Əbduləli Məzarinin şəhadətinin 25-ci ildönümü mərasiminə qarşı terror hücumunu pisləyib. Bu mərasimdə onlarla günahsız və məzlum insan ölüb və yaralanıbdır.
Seyyed Əbbas Mousəvi Əfqanıstanın hökuməti və xalqı, həmçinin bu cinayət qurbanlarının ailələrinin kədəri ilə bölüşüb.
Yerli vaxtla bu gün səhər baş vermiş İŞİD terror qrupu ünsürlərinin bu hücumunda azı 23 nəfər ölüb, 33 nəfər isə yaralanıbdır.
İranın Kabildəki səfirliyi də bir açıqlamada bu terror hücumu qurbanlarının ailələrinə başsağlığı verib və yaralıların tez bir zamanda sağalmalarını arzu edibdir. O, deyib: Bu kimi hadisələr onun amillərinin Əfqanıstanın milli birliyinə xələl gətirmək üzrə nəhs məqsədlərini reallaşdıra bilməz.
TEHRAN KABİL TERROR HÜCUMUNU PİSLƏYİB