Apr 13, 2020 15:08 Asia/Baku
  • Zərif və Quterreş yenidən Yəmən haqda məşvərət ediblər
    Zərif və Quterreş yenidən Yəmən haqda məşvərət ediblər

İran İslam Respublikasının xarici işlər naziri və BMT-nin baş katibi dünən gecə bir daha telefonla son Yəmən olayları haqda danışıblar.

BMT-nin baş katibi Antonio Quterreş bu telefon danışığında BMT-nin Yəməndə atəşkəsin davam etməsi üzrə tədbirləri və səyləri barədə bir məlumat təqdim edib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu telefon söhbətində BMT baş katibinin Yəməndə atəşkəsin bərqərarı üzrə səylərinə dəstək verib. Yəmən böhranının hərbi həll yolunun olmadığını xatırladan Zərif bu ölkədə davamlı atəşkəsin bərqərarını Yəmən böhranının həlli üzrə siyasi proses üçün bir başlanğıc adlandırıb.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin Tehranın Əfqanıstandakı siyasi böhranın həlli və bu ölkədə sülh prosesinin irəlilədilməsi barədəki diplomatik səyləri haqda məlumat təqdim edib. O, Muhəmməd Əşrəf Qəni, Abdullah Abdullah və Hənif Ətmər daxil olmaqla Əfqanıstan rəsmilərilə öz telefon təmaslarının detalları barədə məlumat veribdir.

ZƏRİF VƏ QUTERREŞ YƏMƏN HAQDA MƏŞVƏRƏT EDİBLƏR

Teqlər