Apr 15, 2020 12:35 Asia/Baku

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanının iştirakı ilə koronavirusla mübarizə sahəsində yeni nailiyyətin- aparatın təqdimatı olub. Bu aparat beş saniyə ərzində bulanmış nöqtələri aşkar edə bilir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor Hoseyn Səlami bu gün alim bəsicilər tərəfindən ixtira edilmiş koronavirusun diaqnozu üzrə yeni aparatın təqdimatı mərasiminin kənarında deyib: Bu nailiyyət İranda koronavirus epidemiyasından sonra alim və mömin bəsicilər tərəfindən inkişaf etdirilmiş elmi və texnoloji bir fenomendir.

Bu aparat maqnit sahəsinin yaradılmasından, yəni ikiqütblü virusdan istifadə edərək, beş saniyə ərzində bulanmış nöqtəni aşkar edərək, 100 metr radiusadək mövcud səthlər və ya şəxslərdə hər cür koronavirusun olmasını aşkar və elan edə bilir. Bu aparat «Mostəan-110» adı ilə İranın bəsic tədqiqatçıları və istedadları tərəfindən ixtira edilib və dünyanın heç bir yerində onun tayı yoxdur.

5 SANİYƏDƏ COVID-19-U AŞKARLAYAN APARAT TƏQDİM OLUNUB

Teqlər