Amerika zəifliyin ən yüksək həddindədir
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi bildirib ki, Amerika öz rəqiblərini qorxutmaq və öz heybətini qorumaq üçün keçmişdəkindən daha çox psixoloji və virtual savaşdan istifadə edəcək. O, vurğulayıb ki, Amerika zəifliyin ən yüksək həddindədir.
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi general-mayor pasdar Seyyed Yəhya Rəhim Səfəvi dünən koronavirus böhranının beynəlxalq parametrlərə və regional siyasətlərə təsirlərini araşdırmaq məqsədilə keçirilən iclasda deyib: Əgər Amerika və Qərb indiyədək öz standartlarını digər cəmiyyətlər və ölkələrin inkişafı üçün bir model kimi təqdim edirdilərsə, koronavirus böhranı Qərb barədə tərsinə bir təsviri və digər bir reallığı açıb göstərdi.
General Səfəvi koronavirus böhranının dünya iqtisadiyyatına olan təsirinə işarə edərək, deyib: Amerikada iqtisadi dağıntıların nəticələrinin ilkin perspektivi 1920-ci ildəki «böykü rekord»un təkrarından söz açır ki, on il sürdü və ümumdünya ümumi istehsal həcmini 15 faiz azaltdı.
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi ABŞ ordusunun Pentaqona hesabatı və böhrandan keçmək üçün sülhün yaradılması vacibliyini vurğulamasına toxunaraq, söyləyib: Bəlkə də Amerika hərbçilərinin Əfqanıstan və İraqdan geri çəkilmələri və yerdəyişmələrinin bir hissəsi və ya virusa yoluxmuş Fransa və Amerika təyyarədaşıyıcılarının ağ bayraq qaldırmları bu istiqamətdə mənalı olmuş olsun.
General Səfəvi bildirib ki, Amerika regional və beynəlxalq istiqamətlərdə öz potensiallarını qorumağı gündəmə gətirib. O, belə qeyd edib: Amerikanın bu ölkə ordusunun hərbi komandanlarının tövsiyələrinə əsaslanan hərbi vasitəsi koronavirus böhranından keçmək üçün sülhə və dinc şəraitə ehtiyaclıdır. Zira hazırkı şərait davam edərsə və onun yeni dalğası yaranarsa, Amerikanın bu strategiyadakı hərbi vasitəsinin acizliyi və iflic olması daha artıq özünü göstərəcəkdir.
ABŞ ZƏİFLİYİN ƏN YÜKSƏK HƏDDİNDƏDİR