İranda 54 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/Özəl-i360674-İranda_54_min_nəfərdən_çox_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 54 min 64 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2020 15:35 Asia/Baku
  • İranda 54 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
    İranda 54 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 54 min 64 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxmanın tənəzzül prosesinin davam etməsinə toxunub və belə deyib: Ötən 24 saat ərzində və qəti diaqnoz meyarlarına əsasən, İranda COVID-19-a 1499 yeni yoluxma halı aşkar edilibdir ki, bütövlükdə ölkədə bu virusa yoluxanların sayı 79 min 494 nəfərə çatıbdır.

Cəhanpour ötən sutka ərzində daha 89 nəfərin vəfat etməsinə toxunaraq, deyib: Koronavirusun İranda yayılmağa başladığı gündən bəri bu virusdan ümumilikdə 4958 nəfər həyatını itiribdir.

İRANDA 54 MİNDƏN ÇOX COVID-19 XƏSTƏSİ SAĞALIB