İyun 06, 2020 14:18 Asia/Baku
  • General Mayor Qudərzi sərhəd qoşunlarına komandan təyin edilib

General Mayor Əhmədəli Qudərzi İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib.

SaharAzeri xəbər verir,Polis informasiya portalının verdiyi məlumata görə, İranın Nizam-İntizam Qüvvələrinin komandanı General Mayor Hüseyn Əştərinin təklifi və İİR Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayətullahül-üzma Xameneinin təsdiqi ilə General Mayor Qudərzi İİR Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı təyin olunub. 

General Mayor Əhmədəli Qudərzi öncə Nizam-İntizam Qüvvələrinin komandan əvəzi vəzifəsində fəaliyyət göstərirdi.

General Mayor Qudərzi General Mayor Qasim Rzayini əvəz edir. 

Teqlər

Şərhlər