Xətibzadə: "Qonşularla məqbul səviyyədə ticarət İranın prioritetidir"
https://azeri.sahartv.ir/news/Özəl-i371035-xətibzadə_qonşularla_məqbul_səviyyədə_ticarət_İranın_prioritetidir
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "Mehriban qonşuluq siyasətləri çərçivəsində qonşu ölkələrlə ticarət maneələrini aradan qaldırmaq və regionda məqbul səviyyədə ticarətə nail olmaq üçün onlara əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli layihələr müəyyən edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2020 15:53 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "Mehriban qonşuluq siyasətləri çərçivəsində qonşu ölkələrlə ticarət maneələrini aradan qaldırmaq və regionda məqbul səviyyədə ticarətə nail olmaq üçün onlara əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli layihələr müəyyən edilib.

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün jurnalistlərlə virtual formatda keçirdiyi mətbuat konfransında, sərhədlərin genişləndirilməsinin təhlükəsizlik, sülh və sabitlik yaratmaq məqsədi daşıdığını qeyd edərək, İranın qonşu ölkələrlə əməkdaşlıqlarını davam etdirəcəyini və bu əməkdaşlıqların təkcə bir və ya iki ölkəyə məhdud olmadığını vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ dövlət katibinin Tehrana qarşı iddialarını qınayıb və İranın Tramp rejiminə bu günlərdə münaqişə ocaqları yaratmaq bərədə xəbərdarlıq edib.

Xətibzadə, həmçinin, Azərbaycan Respublikası baş nazirinin müavininin çərşənbə günü Tehrana səfər edəcəyini bildirib və bu səfərdə Azərbaycan Respublikası ilə ciddi sərhəd məsələləri ilə yanaşı İranın azad edilmiş Qarabağ şəhərlərində birgə addımları barədə də ilkin razılaşmaların əldə ediləcəyini qeyd edib.