Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü günü münasibətilə başsağlığı veririk
İslami İran Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü günündə kədər və qəm içində olaraq, qaraya bürünüb.
SəhərAzəri - Bu gün, rəcəb ayının 15-i, İslamın əziz Peyğəmbərin (s.ə.s) nəvəsi, eləcə də Həzrət Fatimə (s.ə.) və dünya şiələrinin birinci imamı, Həzrət Əlinin (ə) övladı Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü günüdür.
Həzrət Zeynəb (s.ə.) qardaşı, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseynin (ə) kənarında, «İslamı müdafiə» adı altında böyük Kərbəla faciəsini törətmiş irticaçı və azğın bir cərəyanla mübarizə aparırdı.
Həzrət Zeynəbin (s.ə) Kufə və Şamda Yezidin pozğun hakimiyyət aparatına qarşı ifşaçılıqları İmam Hüseyn (ə) hərəkatı və qanlı qiyamının hədəfləri və fəlsəfəsini həmişəlik olaraq yaşatdı.
Həzrət Zeynəb (s.ə.) 63-cü hicri qəməri ilində vəfat edib.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Zeynəbin (s.ə) vəfatının ildönümü gününün gəlib çatması münasibətilə bütün dünya müsəlmanlarına, xüsusən şiələrə başsağlığı verir.