Azərbaycan rayonlarının çox varlı olduğu bir daha üzə çıxdı
https://azeri.sahartv.ir/news/Özəl-i399435-azərbaycan_rayonlarının_çox_varlı_olduğu_bir_daha_üzə_çıxdı
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhrəm Bayramov son model maşın kolleksiyası yaradıb. Bu haqda bir neçə dəfə sosial şəbəkələrdə, mediada məlumatlar yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2023 13:40 Asia/Baku

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhrəm Bayramov son model maşın kolleksiyası yaradıb. Bu haqda bir neçə dəfə sosial şəbəkələrdə, mediada məlumatlar yayılıb.

Hurriyyet.az saytının yaydığı fotolardan bəlli olur ki, avtomobillər ən bahalı brendlərin istehsal etdiyi nəqliyyat vasitələridir.

Bəhram Bayramovun maşınları bir qayda olaraq son nömrələri 904 olan dövlət nişanları ilə “bəzədilib”.

Beləliklə bir daha Azərbaycan Respublikasının, əhalisi yoxsul olan rayonlarının böyük sərvətə malik olduğu üzə çıxıb. Bir rayonda icra baçısının oğlu bu qədər pul mənimsəyə bilirsə həmən rayonun maliyyə probleminin olmadığı, eyni zamanda əhalinin nəyə görə yoxsul vəziyyətdə yaşadığı bəlli olur.