İyun 06, 2023 15:21 Asia/Baku

20 cildə çatacaq olan bu ensiklopediya İranın şimal hissəsində yerləşmiş Meşkin şəhərinin ictimai, tarixi, mədəni abidələri haqda geniş məlumat verilmiş, Şapur, Sasani imperiyalarından tutmuş Səfəvi və ən müasir dövrümüzə qədər tarixi hadisələri özündə cəmləmişdir.

SəhərAzəri-nin məlumatına əsasən, İran mədəniyyəti və İslam mədəniyyətini dünyaya tanıdacaq bu kitab 8 il ərzində yazılmış və çox böyük zəhmətlərlə tarixi sənədlər əsasında tərtib edilmişdir. Ensiklopediyanın müəllifi Mürtəza Kəraməti Meşkini Meşkin şəhəri və eləcə də ona bağlı bütün tarixi mədəni əsərləri təhqiq edərək onları cəmləmiş, xalqın köklü mədəni irsini tanıtdıraq bu əsər oxucuların ixtiyarına vermişdir.

Teqlər