Dövlət istehsalı və istehsal şirkətlərini himayə edir
İran prezidenti Şərqi Azərbaycan vilayətinə olan ikinci vilayət səfərində bu gün səhər Təbrizə daxil olub.
Təbriz traktorqayırma zavodunda dörd layihənin açılışı, dəri istehsalı obyektinə başçəkmə, Ərk qalasında əhali ilə görüş, şair və incəsənət xadimlərilə görüş, Təbriz-Bostanabad dəmiryolu xəttinin istifadəyə verilməsi, Miyanədə Germiçay su bəndinin açılışı, vilayətin iqtisadi fəalları ilə görüş, vilayətin proqramlaşdırma və inkişaf şurasının iclasında iştirak/ ölkə prezidentinin Şərqi Azərbaycan vilayətinə ikigünlük səfərinin digər tədbirlərindəndir.
Prezident Rəisi Şərqi Azərbaycan vilayətinin dayandırılmış 220 sənaye və istehsal obyektinin bərpası mərasimində vurğulayıb ki, on üçüncü dövlətin tapşırığı, istehsal şirkətlərinə məhkəmə, hüquq və maliyyə dəstəklərinin verilməsidir.
O, əlavə edib: Fəhlələr və istehsalçıların hüqularının pozulmamasına çalışırıq və inflyasiyanın aradan qaldırılmasını durğunluğu aradan götürməklə deyil, istehsalın inkişafı ilə təqib edəcəyik.
Rəisi söyləyib: Əgər dünən səngər,/ Səddam rejimi qarşısında isə, bu gün bizim səngərimiz, bu zavodlar və sənayedirlər. Düşmən məşğulluğa və istehsala malik olmağımızı istəmir. Düşmən işsizliyin olmasını istəyir.
Dövlət dayandırılmış istehsal obyektlərini bərpa etmək əzmindədir- deyən ölkə prezidenti qeyd edib ki, bu obyektlərin istehsal dövriyyəsinə geri dönmələri, məşğulluğun artması və ölkə sənayesinin rövnəq tapmasına səbəb olacaq.
O, əlavə edib: İctimai və ruh yüksəkliyi/ istehsal obyeklərinin bərpası ilə baş verəcək əmək və səydən asılıdır.
Şərqi Azərbaycan vilayətində dayandırılmış 220 sənaye və istehsal obyektinin bərpası ilə/ 7500 iş yeri yaradılıb, minlərlə iş yeri də/ həyata keçirilməkdə olan digər obyektlərin bərpası ilə yaradılacaq- deyə Rəisi bildirib.
İran prezidenti həmçinin Təbriz maşınqayırma şirkətində təşkil edilmiş iqtisadi obyektlərin bərpaçılarının sərgisinə və bu şirkətin müxtəlif bölmələrinə baş çəkib.